2004-cü ildə Gəncə şəhəri 31 saylı orta məktəbi fərqlənmə attesstatı ilə bitirdikdən sonra ali təhsilini Gəncə Dövlət Universitetində İngilis dili ixtisası üzrə almışdır. Qlobal Bakalavr Mübadilə Proqramının finalisti olaraq 2006-2007-ci tədris ilində Amerika Birləşmiş Ştatlarının Pittsburg Dövlət Universitetində təhsilni davam etdirmişdir. 2010-cu ildə Mərkəzi Avropa Universitetindən İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi ilə məzun olmuşdur. Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu və sair nüfuzlu qrurumlar tərəfindən maliyyələşdirilən layihələrdə ekspert kimi çalışmışdır.
2013-cü ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında çalışır.